Boksçularımız MDB Oyunlarında mübarizəyə başlayırlar
Rusiyanın Kazan şəhərində keçiriləcək birinci MDB Oyunlarında boks yarışlarının püşkü atılıb.

Püşkə əsasən, yeniyetmələrdən ibarət millimizin üzvlərinin də rəqibləri bəlli olub. Belə ki, oğlanların yarışında dörddəbir finalda Ramal Yolçuyev (46 kq) Temirxan Daniyarov (Qırğızıstan), Tağı Nəsibov (48 kq) Vadim Veçerski (Belarus), İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonov (Tacikistan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanov (Özbəkistan), Ziya Həsənov (66 kq) Vladislav Kuznetsov (Belarus) ilə mübarizə aparacaqlar.

Qız boksçular arasında təşkil olunacaq yarışda isə yarımfinal mərhələsində Aysu İsmayılova (48 kq) Anita Adişeva (Qazaxıstan), Qızbəs İsgəndər (57 kq) Rano Muratbayeva (Özbəkistan), Emili Rzayeva (63 kq) Kristina Qalkina (Rusiya) ilə qarşılaşacaqlar.

Sentyabrın 2-də start götürəcək boks yarışları 4 gün davam edəcək. Oyunlarda bu gün dörddəbir final (ilkin) mərhələsinin qarşılaşmaları, növbəti 2 gündə yarımfinal görüşləri təşkil olunacaq. Sentyabrın 5-də isə final qarşılaşmaları baş tutacaq.

Xəbər 351 dəfə oxundu.