Qran-Pri turnirində iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb
Sentyabrın 24-də Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürəcək.

Yarışda Azərbaycanı 6 cüdoçu təmsil edəcək. Belə ki, Davud Məmmədsoy, Balabəy Ağayev (hər ikisi 60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev (73 kq), Məmmədəli Mehdiyev (90 kq), İmran Yusifov (100 kq-dan yuxarı) medallar uğrunda mübarizə aparacaqlar.

Turnir sentyabrın 26-dək davam edəcək.

Xəbər 328 dəfə oxundu.