Futzal üzrə Yüksək Liqanın yeni mövsümünə sentyabrın 24-də start veriləcək
Futzal üzrə Yüksək Liqanın 2021-2022-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, mərasim sentyabrın 16-da Bakı İdman Sarayının mətbuat konfransı otağında təşkil olunacaq. Yeni mövsümə isə sentyabrın 24-də start veriləcək.

Qeyd edək ki, Yüksək Liqanın yeni mövsümündə 8 komanda - “Araz-Naxçıvan”, “Neftçi”, EKOL, “Rekord”, “Alyans” (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19 iştirak edəcək.

Xəbər 666 dəfə oxundu.