“Aimchess USRapid”: Şəhriyar Məmmədyarov dörddəbir Final mərhələsinin cavab oyunlarında mübarizə aparacaq
Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin dörddəbir final mərhələsinin bu gün cavab oyunları keçiriləcək.

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov cavab oyunlarında ermənistanlı Levon Aronyanla üz-üzə gələcək. Qeyd edək ki, şahmatçımız rəqibinə birinci qarşılaşmada 1:3 hesabla məğlub olub.

Sentyabrın 5-dək davam edəcək yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

Xəbər 328 dəfə oxundu.