“Qartal” klubunun üzvləri 3 günə 15 zirvəni fəth ediblər
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və “Qartal” Dağçılıq Klubunun üzvlərinin iştirakı ilə Böyük Qafqaz dağlarının ən uca zirvələri fəth olunub.

Ölkəmizdə ilk dəfə olaraq, “Qartal” Dağçılıq Klubunun üzvləri 4000 metrlik 15 zirvəni 3 günə fəth ediblər. Fəth olunan zirvələr, Böyük Qafqaz dağlarının və ümumilikdə, Azərbaycan Respublikasının ən uca zirvələri Bazardüzü (4466 m), Zəfər (4301), Bazaryurd (4156 m), Çarun (4075 m), Raqdan (4020 m) sayılır.

Ümumilikdə, yürüşdə 17 nəfərlik heyət iştirak edib.

Xəbər 581 dəfə oxundu.