“Simurq” heyətini yeni futbolçularla gücləndirəcək
Transfer çalışmalarını davam etdirən “Simurq” heyətini yeni futbolçularla gücləndirəcək. Zaqatala klubu daha iki transferi reallaşdırmağa hazırlaşır.
Yeni futbolçulardan biri hücumçu, digəri isə yarımmüdafiəçidi. Onların kimliyi və adları açıqlanmır. Hər ikisi əcnəbi olan futbolçuların yaxın günlərdə ölkəmizə gəlməsi gözlənilir.
Qeyd edək ki, “Simurq” bu yay xarici bazardan Stepan Polyakı (Slaven), Dilaver Zrnanoviçi (Saroyeva), David Petrzkieviçi (Banik Ostrava), Nenad Stoyanoviçi (Rudar), Marçin Burhardı (Jaqelloniya) və Pavel Hayduçeki (Çoyniçanka) transfer edib.

Xəbər 1053 dəfə oxundu.