Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin TRT-1 televiziya kanalına müsahibəsi
Sual: Cənab prezident, Sizin idmana olan marağınız bizi cox sevindirir. Biz Sizi uzun illərdir tanıyırıq, Milli Olimpiya Komitəsinin rəhbərisiniz. Milli boks komandamız da çox yaxsı nailiyyət qazandı. Artıq komandanız yox, komandamız deyirəm. Çünki Turkiyə və Azərbaycan boksçuları rinqə çıxdıqları zaman salonda davamlı alqış sədaları eşidilirdi. Cənab prezident, biz bu proqramı mayın 10-da - turk dünyasının görkəmli oğlu, rəhmətlik atanızın doğum günündə yayımlayacağıq. Sizi idmana bu qədər bağlayan səbəblər nədir? Bu barədə nə deyə bilərsiniz?

Cavab: Mən idmana gənc yaşlarımdan bağlıyam. Özüm də idmanla çox fəal məşğul olmuşam və bilirəm ki, idman insanın sağlamlığı, fiziki-mənəvi sağlamlığı üçün böyük bir vasitədir, bu işdə böyük rol oynayır. Eyni zamanda, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu, mənim vəzifəmdir. Çox şadam ki, bu illər ərzində Azərbaycanda idman sahəsində büyük uğurlar, nailiyyətlər var. İdmançılarımız Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında böyük uğurlar, gözəl medallar qazanırlar.
Eyni zamanda, Azərbaycanda idmanun kütləviliyi geniş vüsət alıbdır. Azərbaycanın müxtəlif yerlərində yeni müasir idman salonları tikilir, idmançılara verilir. Görülən bütün bu işlər bizə imkan verir ki, belə gözəl turnirlər Azərbaycanda keçirilsin.
Sizə deyə bilərəm ki, Olimpiya oyunlarına hazırlıq proqramı çərçivəsində Azərbaycanda üç idman növü - boks, voleybol və taekvondo üzrə təsnifat turniri keçirilibdir. Bu, Azərbaycan üçün böyük hadisədir, o deməkdir ki, bir növ Olimpiya oyunlarının tədbirləri burada keçirilir. Görürsünüz ki, insanlarımız buna nə qədər sevinirlər. Yəni bu, ölkənin imici üçün, tanınması üçün də böyük əhəmiyyət kəsb edir.

1 may 2004-cü il

Xəbər 2869 dəfə oxundu.