“Aimchess USRapid”: Şəhriyar Məmmədyarov dörddəbir finalın ilk qarşılaşmasında iştirak edib
Bu gün Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin təsnifat mərhələsinin dörddəbir final oyunları start götürüb.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov bu mərhələdə ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Şahmatçımız rəqibinə 1:2 hesabla məğlub olub.

Sentyabrın 5-dək davam edəcək yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

Xəbər 322 dəfə oxundu.