İsveçrə – Cəbəllütarıq qarşılaşmasını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Rauf Cabarov təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveçrə – Cəbəllütarıq qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.

Matç sentyabrın 3-də keçiriləcək.


Xəbər 330 dəfə oxundu.