Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb
Azərbaycan komandası “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb.

100 metr məsafəyə qaçış yarışlarında finala vəsiqə qazanan üç təmsilçimiz - Yelena Çebanu, Yulia Yanovskaya və Lamiyə Vəliyevadan yalnız biri mükafatçılar sırasında yer alıb. Məsafəni 11,99 saniyəyə qət edən L.Vəliyeva Paralimpiadanın gümüş medalına sahib olub.

Y.Yanovskaya dördüncü, Y.Çebanu isə yeddinci pillədə qərarlaşıblar.


Xəbər 732 dəfə oxundu.