“Tokio-2020”: Azərbaycan parataekvandoçusu Aynur Məmmədova koronavirusa yoluxub
Azərbaycan milli Paralimpiya komandasının daha bir üzvünün “Tokio-2020”də koronavirus testi müsbət çıxıb.

Parataekvondoçumuz Aynur Məmmədovanın (+58 kq) verdiyi COVID-19 testi iki dəfə pozitiv nəticələnib. Lakin bunun onun komanda yoldaşlarına heç bir təsiri olmayacaq.

Daha əvvəl “Rio-2016”nın qızıl mükafatçısı, paracüdoçu Ramil Qasımov da koronavirusa yoluxub.

Xəbər 436 dəfə oxundu.