“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib
Avqustun 30-da İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Bu turnirdəki təmsilçimiz “Araz-Naxçıvan” 6-cı qrupunda yer alıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, ölkə çempionu elit-raunda yüksəlmək üçün “Uraqan İvano – Frankivsk” (Ukrayna),” Liqeni” (Kosovo) və “United Qalati” (Rumıniya) komandaları ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları oktyabrın 26-31-də Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.

Xəbər 331 dəfə oxundu.