Vaqif Cavadova verilən cəza ləğv edildi
İntizam Komitəsinin 19 oktyabr 2011-ci il tarixli iclasında milli komandanın üzvü Vaqif Cavadov 1 (bir) il müddətinə yığmanın heyətindən kənarlaşdırılmışdı.

09 avqust 2012-ci il tarixində futbolçu Azərbaycan "A" milli komandasının baş məşqçisi Berti Foqtsla görüşərək tutduğu hərəkətə görə məyus olduğunu bildirmiş, ondan və komanda yoldaşlarından üzr istəyib.

Bu hadisədən sonra 10 avqust 2012-ci il tarixində Azərbaycan "A" milli yığma komanda baş administratorunun müraciətinə əsasən futbolçuya verilən cəza ləğv edilir.

Xəbər 994 dəfə oxundu.