Xorvatiya - Azərbaycan oyununu ukraynalı hakimlər briqadası idarə edəcək
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, matçın baş hakimi ukraynalı Denis Şurman olacaq. Ona həmyerliləri Aleksandr Korniyko və Viktor Nijnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Kopievski yerinə yetirəcək.

Görüş sentyabrın 2-də Velika Qoritsadakı şəhər stadionunda keçiriləcək.

Xəbər 273 dəfə oxundu.