Azərbaycan üzgüçüsü Raman Saleh Tokio Paralimpiadasında ikinci medalını qazana bilməyib
Azərbaycan üzgüçüsü Raman Saleh Tokio Paralimpiadasının finalında mübarizə aparıb.

Təmsilçimiz 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarının təsnifat mərhələsində 23,98 saniyəlik nəticə ilə üçüncü olub və həlledici mərhələyə adlayıb. Finalda məsafəni 23,85 saniyəyə qət edən R.Saleh dördüncü olub.

Yarışın qalibi belaruslu İqor Boki olub. O, məsafəni 23,21 saniyəyə qət edib.

Xəbər 469 dəfə oxundu.