London 2012: Azərbaycan yığması üçün tarixi qələbə ilə yekunlaşıb
XXX London Yay Olimpiya Oyunları Azərbaycan yığması üçün tarixi qələbə ilə yekunlaşıb. Böyük Britaniya paytaxtına 53 ateltlə yollanan millimizin heyətində 10 idmançımız çıxışını medalla başa vurub.

Həm medal sayında, həm də əyarında yeni rekord müəyyənləşdirən yığmamız Londonda 2 qızıl, 2 gümüş və 6 bürünc medala yiyələnib. İdmançılarımızdan Toğrul Əsgərovla Şərif Şərifov bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bununla da onlar sərbəst güləş yarışlarının keçirildiyi “Exsel Arena”da 1 saata 2 dəfə Azərbaycanın himnini səsləndiriblər.

Rövşən Bayramov və Mariya Stadnik komandamızın medal kolleksiyasına 2 gümüş medal əlavə ediblər. Yığmamzın üzvlərindən - Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov, Valentin Xristov, Xetaq Qazyumov, Emin Əhmədov və Yuliya Ratkeviç çıxışını bürünc medalla başa vurublar. Bu isə Azərbaycan idmanı üçün böyük uğurdur. Çünki möhtəşəm yarışda 10 medal qazanmaq və 204 ölkə arasında hələlik 30-cu yerdə (bəzi yarışlar hələ yekunlaşmayıb) qərarlaşmaq Olimpiya tariximizdə ilkdir.

Güləş
Toğrul Əsgərov (60 kq) - Olimpiya çempionu adını qazanıb.
Şərif Şərifov (84 kq) - Olimpiya çempionu adını qazanıb.
Rövşən Bayramov (55 kq) - Gümüş medal qazanıb.
Emin Əhmədov (74 k) - Bürünc medal qazanıb.
Saman Təhmasibi - 1/8 finalda uduzub.
Həsən Əliyev (60 kq) - 5-ci yeri tutub.
Şalva Qadabadze (96 kq) - 7-ci yeri tutub.
Mariya Stadnik (48 kq) - Gümüş medal qazanıb.
Yuliya Ratkeviç (55 kq) - Bürünc medal qazanıb.
Əşrəf Əliyev (74 kq) - ilk göründəcə uduzub.
Camaləddin Məhəmmdov (120 kq) - ilk döyüşündəcə uduzub.
Cəbrayıl Həsənov (66 kq) - 5-ci yeri tutub.
Xetaq Qazyumov (96 kq) - Bürünc medal qazanıb.

Atletika
Dmitri Marşin (çəkiçatma)- 20-ci yeri tutub.
Layeş Abdullayeva (5000 m məsafəyə qaçış) - 32-ci yeri tutub.
Hayle İbrahimov (5000 m məsafəyə qaçış) - 9-cu yeri tutub.

Atçılıq
Camal Rəhimov - 60-cı yeri tutub.

Akademik avarçəkmə
Aleksandr Aleksandrov (2000 m) - 5-ci yeri tutub.
Natalya Mustafayeva (2000 m) – 12-ci yeri tutub.

Kanoe
Sergey Bezuqlıy – Maksim Prokopenko dueti - 4-cü yeri tutub
Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 m məsafəyə yürüş) - seçmə mərhələdə uduzub.

Boks
Elvin Məmişzadə (52 kq) - 1/16 finalda uduzub.
Vətən Hüseynli (81 kq) - 1/16 finalda uduzub.
Heybətulla Hacəliyev (64 kq) - 1/16 finalda uduzub.
Məhəmməd Abdulhəmidov (56 kq) - 1/8 finalda uduzub
Məhəmmədrəsul Məcidov (+91 kq) - Bürünc medal qazanıb.
Teymur Məmmədov (91 kq) - Bürünc medal qazanıb.
Soltan Migitinov (75 kq) - 1/8 finalda uduzub.
Yelena Vıstropova (75 kq) - 1/8 finalda uduzub.

Bədii gimnastika
Aliyə Qarayeva - 4-cü yeri tutub.

Taekvondo
Ramin Əzizov (80 kq) - 1/8 finalda uduzub.
Fəridə Əzizova (67 kq) - 1/16 finalda uduzub.

Cüdo
İlqar Müşkiyev – ilk görüşdəcə uduzub.
Tərlan Kərimov (66 kq) – 7-ci yeri tutub.
Kifayət Qasımova – ilk görüşdəcə uduzub.
Rüstəm Orucov - 1/8 finalda mübarizəni dayandırıb.
Elnur Məmmədli – ilk görüşdəcə uduzub.
Ramilə Yusubova - 1/8 finalda uduzub
Elxan Məmmədov - 1/8 finalda uduzub.
Elmar Qasımov - 7-ci yeri tutub.

İdman gimnastikası
Şakir Şıxəliyev - 40-cı yer


Atıcılıq
İradə Aşumova (10 m) – 39-cu yeri tutub.
İradə Aşumova (25 m) - 23-cü yeri tutub.

Üzgüçülük
Oksana Hətəmxanova (brass,100 m) – Təsnifat mərhələsində 46 idmançı arasında 44-cü olub.
Yevgeni Lazuka (batterflyay, 100 m) - 38-ci yeri tutub.

Velosiped idmanı
Yelena Çalıx (şosse yürüşü) – finiş xəttinə çata bilməyib.
Yelena Çalıx (ayrı-ayrı start götürməklə fərdi yarışlar) – 20-ci yeri tutub.

Ağırlıqqaldırma
Valentin Xristov (56 kq) – Bürünc medal qazanıb.
Boyanka Kostova (58 kq) - 5-ci yeri tutub.
Əfqan Bayramov (69 kq) - mübarizəni erkən dayandırıb.
Sərdar Həsənov (69 kq) - 8-ci yeri tutub.
İntiqam Zairov (94 kq) - 6-cı yeri tutub.
Veliçko Çolakov (+105 kq) - Londonda zədələndiyi üçün mübarizə aparmayıb.

Qılıncoynatma
Səbinə Mikina - 1/8 finalda uduzub.

Xəbər 1061 dəfə oxundu.