Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirində mübarizəyə başlayır
Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirində mübarizəyə başlayır.

Şahmatçımız bu gün ilk 5 turda mübarizə aparacaq. Belə ki, Ş.Məmmədyarov ilk turda fransalı Maksim Vaşe-Laqrav, ikinci turda amerikalı Leyner Dominqes, daha sonra polşalı Yan Kşiştov Duda ilə qarşılaşacaq. Günün son iki turunda isə Ş.Məmmədyarov rusiyalı Vladislav Artemiyev və niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.

Turnirdə, ümumilikdə 16 şahmatçı iştirak edəcək.

Yarış sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

“Champions Chess Tour”un final mərhələsi sentyabrın 25-də start götürəcək. Yarışın mükafat fondu 300 min ABŞ dolları olacaq.

Xəbər 348 dəfə oxundu.