Xüsusi Olimpiyaçılar arasında atletika yarışının qalibləri müəyyənləşib
Şağan Olimpiya İdman Kompleksinin stadionunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi və Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar və qızlar arasında atletika üzrə seçmə yarış keçirilib.

Seçmə yarış xüsusi Olimpiya proqramına uyğun olaraq oğlanlar, qızlar və eləcə də, autizm təşkilatları arasında bir neçə divizionda təşkil edilib.

Yekun nəticəyə görə, Xəzər rayonu 1 nömrəli Sosial Xidmət Müəssisəsinin komandası 3 qızıl, 3 gümüş, 3 bürünc medalla birinci pillədə qərarlaşıb. İkinci yeri 3 qızıl, 1 bürünc medalla Göyçay şəhəri S.Vurğun adına inteqrasiya təlimli internat tipli gimnaziyanın atletləri tutublar. Üçüncü yerə isə 1 qızıl, 2 gümüş medalla Nizami rayonu 3 nömrəli xüsusi təhsil məktəbinin komandası sahib olub.

Qeyd edək ki, yarışda, ümumilikdə 140-dan çox atlet iştirak edib.

Xəbər 514 dəfə oxundu.