Abbas Hünbətov yeni uğura imza atıb
Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının prezidenti Abbas Hünbətov yeni uğura imza atıb.

A.Hünbətova Beynəlxalq Cəng Sənəti Assosiasiyası tərəfindən 5-ci dan sertifikatı təqdim olunub.

Azərbaycanlı mütəxəssis mərkəzi Özbəkistanda yerləşən beynəlxalq federasiyanın təsisçisi Abbos Usmanov tərəfindən cəng sənəti döyüş növünün inkişafındakı xidmətlərinə görə mükafatlandırıb.

Qeyd edək ki, Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə cəng sənəti idman növünün inkişaf etdirilməsinə start verilib.

Xəbər 341 dəfə oxundu.