Formula 1: “Red Bull Racing” pilotu Serxio Pereslə müqaviləni yeniləyib
Formula 1 komandası “Red Bull Racing” pilotu Serxio Pereslə müqaviləni yeniləyib.

31 yaşlı sürücü ilə 2022-ci ilin sonunadək müqavilə imzalanıb.

Serxio Peres iyunun 6-da Bakı şəhər halqasında keçirilmiş Azərbaycan Qran-Prisinin qalibi olub. Bakıdakı uğur meksikalı pilotun karyerasında ikinci qələbədir. O, həmçinin “Red Bull Racing” komandasının heyətində ilk dəfə podiumun birinci pilləsinə qalxıb.

Xəbər 424 dəfə oxundu.