Şəhriyar Məmmədyarov “Champions Chess Tour”un sonuncu mərhələsində iştirak edəcək
Avqustun 28-də şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının sonuncu mərhələsi start götürəcək.

“Aimchess USRapid” adlanan turnirdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov mübarizə aparacaq. Turnirdə, ümumilikdə 16 şahmatçı iştirak edəcək.

Yarış sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

“Champions Chess Tour”un final mərhələsi sentyabrın 25-də start götürəcək. Yarışın mükafat fondu 300 min ABŞ dolları olacaq.


Xəbər 357 dəfə oxundu.