Avropa çempionatı: Aydın Süleymanlı turnirin favoriti ilə mübarizə aparacaq
Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının ikinci turunun oyunları keçiriləcək.

Qitə birinciliyinin ikinci turunda Aydın Süleymanlı turnirin favoriti Gavain Jones (İngiltərə), Nicat Abasov Jorge Ferreira (Portuqaliya), Rauf Məmmədov Martin Petrov (Avropa Şahmat İttifaqı), Vasif Durarbəyli Luka Budisavljevic (Serbiya), Riad Səmədov Konstantin Lupulescu (Rumıniya), Nicat Məmmədov Eliya Milikovla (İsrail) qarşılaşacaqlar.

Qeyd edək ki, təmsilçilərimiz qitə çempionatına məğlubiyyətsiz başlayıblar. Belə ki, şahmatçılarımız Nicat Abasov, Rauf Məmmədov, Vasif Durarbəyli, Aydın Süleymanlı rəqiblərini məğlub edərək ilk xalı aktivlərinə yazdırıblar. Nicat Məmmədov və Read Səmədovun oyunları isə heç-heçə ilə nəticələnib.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Xəbər 404 dəfə oxundu.