Azərbaycan idmançıları citkundo üzrə dünya çempionatında iştirak edəcəklər
Avqustun 28-dən sentyabrın 2-dək Türkiyənin Adana şəhərində citkundo üzrə dünya çempionatı keçiriləcək.

Yarışa Azərbaycandan 9 idmançı qatılacaq. Yeniyetmələr arasında Amin Əlili (52 kq), Zaur Quluzadə (56 kq), gənclərin yarışında Pərviz Abıyev (48 kq), Amal Məmmədov (52 kq), böyüklərin mübarizəsində isə Fərrux İbrahimov (67 kq), Mehdi Salmanov (75 kq), Rasim Kərimov (80 kq), Elvin Qurbanov (85 kq), İlqar İbrahimov (90 kq) və Rəşad İsayev (+90 kq) ölkəmizi təmsil edəcəklər.

Peşəkarlar arasında isə uşu üzrə dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov kəmər uğrunda Türkiyə idmançısı Gökhan Çam ilə döyüşə çıxacaq.

Yığma komandamız yarışda Elçin Eminovun rəhbərliyi altında mübarizə aparacaq.

Xəbər 318 dəfə oxundu.