Türkiyə Superkubokunun qalibi müəyyənləşib
Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Mükafat uğrunda prinsipial rəqiblər “Qalatasaray” və “Fənərbaxça” mübarizə aparıb. Ərzurumda keçirilən qarşılaşma məhsuldarlığı ilə seçilib və “Qalatasaray”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Sarı-qırmızılar” tarixində 12-ci dəfə Superkuboka sahib çıxıb. Onlar sonuncu dəfə bu titulu 4 il əvvəl qazanmışdı.

"Qalatasaray" - "Fənərbaxça" - 3:2
Bulut, 19, 58, İnan, 90-p. - Aleks, 45, Kayt, 65

Xəbər 804 dəfə oxundu.