“Sabah”ın sabiq futbolçusu Filip İvanoviç karyerasını Albaniyada davam etdirəcək
Ötən mövsüm Bakının “Sabah” klubundan ayrılan serbiyalı futbolçu Filip İvanoviçin yeni komandası müəyyənləşib.

Müdafiəçi karyerasını Albaniyada davam etdirəcək. Futbolçu bu ölkənin yüksək liqa təmsilçisi “Teuta” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2018-2020-ci illərdə “Sabah”da çıxış edən İvanoviç 38 oyuna 1 qol vurub.

Xəbər 323 dəfə oxundu.