Avropa çempionatının birinci turunda şahmatçılarımızın rəqibləri müəyyənləşib
İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə start götürəcək Avropa çempionatının birinci turunda şahmatçılarımızın rəqibləri müəyyənləşib.

Qitə birinciliyinin birinci turunda təmsilçilərimiz Nicat Abbasov Vignir Vatnar Stefansson (İslandiya), Rauf Məmmədov Tarun Kanyamarala (İrlandiya), Read Səmədov İvan Sariç (Xorvatiya), Vasif Durarbəyli Torstein Torsteinsson (İslandiya), Nicat Məmmədov Dimitrios Pappelis (Yunanıstan), Aydın Süleymanlı Tomas Nilsen (Danimarka) ilə mübarizə aparacaqlar.

Turnir Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq.

Xəbər 308 dəfə oxundu.