Oğlanlar arasında həndbol üzrə seçmə yarışın qalibləri müəyyənləşib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi və Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında həndbol üzrə seçmə yarış keçirilib.

Ən güclü divizionda birinci yeri sərbəst məşqçi Lyudmila Qasıyevanın komandası tutub. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq, Xəzər rayonu 1 nömrəli Sosial Xidmət Müəssisəsinin və Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəbin komandaları sahib olublar.

Seçmə yarışlar xüsusi Olimpiya proqramına uyğun olaraq iki divizionda keçirilib.

Qeyd edək ki, yarışlarda hər biri 10 atlet olmaqla 12 komanda iştirak edib.

Xəbər 381 dəfə oxundu.