“Səbail”in futbolçusu Litva milli komandasına dəvət olunub
Bakının “Səbail” klubunun yarımmüdafiəçisi Şimkus Domantas Litva milli komandasına dəvət olunub.

Litva millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya, Bolqarıstan və İtaliya milli komandaları ilə qarşılaşacaq.

Litva yığması sentyabrın 2-də Şimali İrlandiyanı qəbul edəcək. Bu komanda ayın 5-də və 8-də isə müvafiq olaraq Bolqarıstan və İtaliyanın qonağı olacaq.

Xəbər 355 dəfə oxundu.