“Bordo” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Fransanın “Bordo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Liqa 1 təmsilçisi Portuqaliyanın “Braqa” klubunun yarımmüdafiəçisi Franserjio Barbosanı transfer edib. Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Otuz yaşlı braziliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

“Bordo” bu transferə görə 4,5 milyon avrosundan keçib. Lakin müqavilədə nəzərdə tutulmuş bonuslarla bu məbləğ 7,5 milyon avroya qədər arta bilər.

Franserjio Barbosa 2017-ci ildən “Braqa”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 149 oyunda 22 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.


Xəbər 491 dəfə oxundu.