Londonda 10-cu medal!
Bu gün XXX Yay Olimpiya Olimpiya Oyunlarına yekun vurulub. Azərbaycan idmançıları oyunların sonuncu günü daha bir bürünc medal qazanaraq Londonda qazanılan medalların sayını 10-a çatdırıblar.

Belə ki, 96 kq çəkidə mübarizə aparan güləşçimiz Xetaq Qazyumov 1/4 finalda məğlub olduğu Ukraynalı Valeri Andriysevin finala çıxmasından sonra təsəlliverici görüşlərə qatılıb.

Tacik güləşçi Rüstəm İsgəndəriyə 3:1 və 3:0 hesabları ilə qalib gələn idmançımız növbəti görüşü keçirmədən bürünc medala layiq görülüb. Belə ki, iranlı rəqibi Yazdani zədə səbəbiylə döşək üzərinə çıxmaqdan imtina edib.

Bununla da Azərbaycan idmançıları London Olimpiadasında 2 qızıl, 2 gümüş və 6 bürünc olmaqla 10 medal qazanıblar və Vətənə tarixi uğurla qayıdırlar.
Qeyd edək ki, Azərbaycan London Olimpiadasını 30-cu yerdə başa vurub.

Xəbər 1022 dəfə oxundu.