Millimizin sabiq futbolçusu Ruslan Qurbanov karyerasını Belarusda davam etdirəcək
Milli komandamızın sabiq futbolçusu Ruslan Qurbanov karyerasını ölkə xaricində davam etdirəcək.

Yarımmüdafiəçi Belarusun “Slaviya-Mozır” komandasının uğurları üçün çalışacaq. Futbolçu yeni klubu ilə altı aylıq müqavilə imzalayıb.

“Slaviya-Mozır” 20-ci turdan sonra ölkə çempionatında 14-cü yerdədir.

Xatırladaq ki, R.Qurbanovun sonuncu klubu “Zirə” olub.

Xəbər 349 dəfə oxundu.