“Tokio-2020”: Pərvin Məmmədov Azərbaycanın idman tarixinə düşüb
“Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandıran Pərvin Məmmədov ölkə idmanı tarixinə düşüb.

26 yaşlı idmançının qazandığı bürünc medal Paralimpiadada pauerliftinq üzrə ilk medalımız olub.

Bununla da Azərbaycan komandasının Paralimpiadalarda medal qazandığı növlərin sayı beşə yüksəlib. İdmançılarımız indiyədək güllə atıcılığı, cüdo, atletika və üzgüçülük növlərində fərqləniblər.
İndiyədək paralimpiyaçılarımız iştirak etdikləri Paralimpiadalarda 39 medal qazanıblar. Bunlardan 9-u qızıl, 18-i gümüş, 12-si isə bürünc medaldır.

Qeyd edək ki, Gündüz İsmayılov “Sidney-2000”in pauerliftinq yarışlarında 90 kiloqram çəki dərəcəsi üzrə qalib olsa da, qanında dopinq aşkarlandığı üçün nəticəsi ləğv olunmuşdu.

Xəbər 341 dəfə oxundu.