UEFA Konfrans Liqası: “Qarabağ” səfərdə “Aberdin”lə qarşılaşacaq
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Ağdam təmsilçisi “Qarabağ” səfərdə Şotlandiyanın “Aberdin” klubu ilə qarşılaşacaq.

Matç “Pittodri” stadionunda Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Görüşü Avstriyadan olan hakimlər idarə edəcəklər. Harald Lexner matçın baş hakimi olacaq. Andreas Haydenrayx və Maksimilian Kolbitç isə köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Yulian Veynberger yerinə yetirəcək.

Qeyd edək ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gəliblər. Ağdam klubu son 7 ildə ardıcıl olaraq hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edir. Bir dəfə UEFA Çempionlar Liqası, altı dəfə isə UEFA Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirə bilər.

Xəbər 346 dəfə oxundu.