Bu gün kişilər arasında şahmat üzrə Avropa çempionatı start götürəcək
Bu gün İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatı başlayır.

Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qitə birinciliyində 36 ölkədən ümumilikdə 180 şahmatçı mübarizə aparacaq.

Ölkəmiz Avropa çempionatında altı şahmatçı -Nicat Abasov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Məmmədov, Aydın Süleymanlı və Read Səmədovla təmsil olunacaq.

İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq qitə birinciliyinin reytinq favoriti isə 2684 ELO reytinqə malik olan İngiltərə şahmatçısı Kevein Cons olacaq.

Avropa çempionatı sentyabrın 5-dək davam edəcək.

Xəbər 358 dəfə oxundu.