UEFA Konfrans Liqası: Bakının “Neftçi” klubu “Makkabi” (Hayfa) komandasının qonağı olacaq
Bu gün Bakının “Neftçi” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Makkabi” (Hayfa) komandasının qonağı olacaq.

Bakıdakı ilk qarşılaşmada rəqibi ilə 3:3 hesablı heç-heçə edən flaqman səfərdə qələbə qazanıb, qrupa düşməyə çalışacaq. "Sammi Ofer" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Matçı Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edəcək. “Neftçi”nin heyətində Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün meydana çıxmayacaqar.

Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi “Dinamo”dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” komandası ilə bacarmayıb. UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.

Xəbər 340 dəfə oxundu.