İlqar Rəhimov: Ümid edirik ki, medalların həm əyar, həm də say üzrə davamı gələcək
Paralimpiya Oyunlarında mübarizəyə qoşulan ilk idmançımız Pərvin Məmmədov bürünc medal qazandı. İdmançımızın çıxışı çox gözəl alındı.

Bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov pauerliftinqçi Pərvin Məmmədovun (49 kq) "Tokio-2020" Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması barədə danışarkən deyib.

Komitə rəsmisi bildirib ki, paralimpiyaçımız ölkəmizi layiqincə təmsil etdi. Komandamızın ilk üzvü ölkəmizə medal qazandırdığı üçün sevincimizin həddi-hüdudu yoxdur. Ümid edirik ki, medalların həm əyar, həm də say üzrə davamı gələcək. Hamını təbrik edirəm. Bundan sonra bizdən yeni qələbələr gözləyin və var gücünüzlə dəstəkləyin.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Xəbər 359 dəfə oxundu.