“Neftçi-2” Türkiyədə ilk yoxlama oyununu keçirib
Bakının “Neftçi-2” klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Əvəzedici komanda ilk sınaq matçında yerli “Berqama Belediyespor” klubuna 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, avqustun 10-dan etibarən hazırlığın ikinci mərhələsini keçən Bakı təmsilçisi ayın 25-də “Halspor”, 29-da isə “İsparta” ilə yoxlama oyununa çıxması planlaşdırılır.

Xəbər 335 dəfə oxundu.