Azərbaycan idmançıları gələn həftə I MDB Oyunlarına yola düşürlər
4-11 sentyabr 2021-ci il tarixində Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunacaq.

Azərbaycan idmançıları badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks) (6) idman növlərində mübarizə aparacaqlar.

Nümayəndə heyətinin şef-demisionu Olimpiya çempionumuz, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurovdur.

Kazana Azərbaycan nümayəndə heyəti əsasən, avqustun 30-dan etibarən yola düşəcək. İlk olaraq, boksçu və güləşçilərimiz səfərə çıxacaqlar. Digər növlər üzrə idmançılarımız sonrakı günlərdə Kazana yollanacaqlar. Komandamız Vətənə sentyabrın 13-də qayıdacaq.

Şef-demissionun müavini Aydın Məmmədov komandanın yerləşmə və digər məsələlərini yerində yoxlamaq üçün Kazana öncədən yollanacaq.

Xəbər 362 dəfə oxundu.