Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb
Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Paralimpiadanın ikinci günündə - avqustun 26-da pauerliftinqçimiz Pərvin Məmmədov mübarizəyə qatılıb. Yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 156 kiloqramlıq nəticə göstərib və bürünc medala sahib olub.

Yarışın qalibi İordaniya idmançısı Omar Sami Hamadeh Qarada olub. İkinci yeri vyetnamlı Conq Le Van tutub.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.


Xəbər 352 dəfə oxundu.