“Gent” – “Rakov” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Gent” (Belçika) – “Rakov” (Polşa) qarşılaşmasının baş hakimi Ə.Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Matç avqustun 26-da Belçikada keçiriləcək.

Xəbər 352 dəfə oxundu.