Taekvondoçularımız Avropa birinciliyində iki medal qazanıblar
Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Avropa birinciliyi davam edir.

Uşaq, yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyində milli komandamızın üzvləri də qüvvələrini sınayırlar.

Avropa birinciliyində yeniyetmələr arasında yarışıda millimizin iki üzvü artıq medala sahib olub. Belə ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Xudiyev Kosova və Belarus təmsilçilərinə üstələyərək finala yüksəlib. Finalda isə Ukrayna təmsilçisinə məğlub olaraq yarışın gümüş medalını qazanıb.

Digər yeniyetmə taekvondoçumuz Zəhra İsayeva (29 kq) serbiyalı idmançıya qalib gəlsə də, yarımfinalda macarıstanlı rəqibinə məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Qitə birinciliyinə avqustun 27-də yekun vurulacaq.

Xəbər 389 dəfə oxundu.