“Araz-Naxçıvan”nın kapitanı Rizvan Fərzəliyev rekorda imza atıb
UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirən “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyev belçikalı futzalçı Lucionun rekordunu təkrarlamaqla yadda qalıb.

Həm də millimizin kapitanı olan R.Fərzəliyev Latviya çempionu “Raba” ilə dueldə 69-cu dəfə klub səviyyəsində beynəlxalq rəsmi görüş keçirib. O, ilk dəfə 2003-cü il oktyabrın 6-da bu turnirin keçmiş adı – UEFA Kubokunda debüt edib. Həmin vaxt kapitan AMMK-nın heyətində yer alıb.

UEFA-nın rəsmi səhifəsi futzalçımızın Lucionun 69 oyunluq rekordunu təkrarladığını qeyd edib.

Xəbər 347 dəfə oxundu.