Bakının “Neftçi” klubu İsrailə yola düşüb
Bakının “Neftçi” klubu “Makkabi Hayfa” komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün İsrailə yola düşüb.

Bakı təmsilçisinin heyətində cəzalı Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı Hayfadakı matçda meydana çıxmayacaqlar.

Qeyd edək ki, avqustun 26-da "Sami Offir" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.

Xəbər 329 dəfə oxundu.