Millimizin Avropa çempionatının seçmə mərhələsindəki oyunları Sumqayıtda keçiriləcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi iki oyunun başlanma vaxtı müəyyənləşib.

Yığmanın matçları oktyabrın 8-də Finlandiya, oktyabrın 12-də isə Xorvatiya ilə saat 20:30-da başlayacaq.

Hər iki oyun Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

Xəbər 347 dəfə oxundu.