Azərbaycan millisinin keçirəcəyi iki oyunun başlanma saatı müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin keçirəcəyi iki oyunun başlanma saatı müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz oktyabrın 8-də Finlandiya, oktyabrın 12-də isə Xorvatiya komandası ilə keçirəcəyi qarşılaşma saat 20:30-da başlayacaq.

Hər iki oyun Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

Xəbər 348 dəfə oxundu.