Şahmatçımız Botvinnik memorialında 5-ci yeri tutub
Moskvada 14 yaşadək şahmatçılar arasında Botvinnik memorialı başa çatıb.

Yarışda təmsilçilərimiz Nazlı Hümbətova və Cahandar Azadəliyev iştirak ediblər.

Oğlanların yarışında iştirak edən C.Azadəliyev 4,5 xalla beşinci yeri tutub. Qızlar arasında mübarizə aparan N.Hümbətova isə 3,5 xalla 7-ci yeri tutub.

Turnir 9 turdan ibarət olub.

Xəbər 329 dəfə oxundu.