“Bursaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin “Bursaspor” futbol klubunun yeni baş məşqçisi bəlli olub.

Komanda Fatih Tekkeyə tapşırılıb.

Qırx dörd yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, bu postda Mustafa Eri əvəzləyib.

Tekke 1997-2007-ci illərdə Türkiyə millisinin formasını geyinib. Keçmiş hücumçu yığmanın heyətində 32 oyuna 9 qol vurub.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Namik Ələskərov avqustun 14-də “Bursaspor”la ikiillik müqavilə imzalayıb.

Xəbər 310 dəfə oxundu.