Gənc cüdoçularımız Türkiyədə təlim-məşq toplanışında iştirak edirlər
Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin Samsun şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Toplanışa perespektivli gənc cüdoçularımızla yanaşı, qardaş Türkiyənin də milli komandasının üzvləri qatılıblar. Gənclərdən ibarət millinin üzvləri məşqçilər Şümşat Bəhramov və İlham Məmmədovun başçılığı altında gündə iki dəfə məşq edərək, gələcəkdə keçiriləcək mötəbər yarışlara hazırlaşırlar.

Qeyd edək ki, gənc cüdoçularımız sentyabrın 9-dan 12-dək Lüksemburqda keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar.


Xəbər 365 dəfə oxundu.