Gimnastımız Vladimir Dolmatov Slovakiyada gümüş medal qazanıb
Slovakiyanın Bratislava şəhərində aerobika gimnastikası üzrə “Slovak Aerobic Open” beynəlxalq turnir təşkil edilib.

Turnirdə böyüklər yaş kateqoriyasında kişilər arasında Vladimir Dolmatov, qadınların yarışında Nurcan Cabbarlı, 15-17 yaş qrupunda Dilarə Qurbanova və 12-14 yaşlı gimnastlar arasında Məryəm Topçubaşova iştirak edib.

Yarışda ən yaxşı nəticəni son dünya çempionatının finalçısı olan V. Dolmatov göstərərək fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Türkiyə və İndoneziya gimnastları isə müvafiq olaraq birinci və üçüncü sırada yer alıblar.

Xəbər 323 dəfə oxundu.