Premyer Liqada yeni mövsümünün ilk böyük hesablı nəticəsi ikinci tura təsadüf edib
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ilk böyük hesablı nəticəsi ikinci tura təsadüf edib.

“Qarabağ” öz meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib. Bu, ölkə çempionatları tarixində üç və ya daha çox top fərqinin qeydə alındığı 928-ci matçdır.

“Qarabağ” 115-ci dəfə qalib gəlibsə, “Səbail” 14-cü dəfə uduzub. Paytaxt təmsilçisi rəqib meydanlarında 10-cu dəfə böyük hesaba üzülüb.

Xəbər 308 dəfə oxundu.